Yuxarı

Vətən müharibəsinin xronikası: 19 oktyabr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Axar.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

- Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.

- Prezident İlham Əliyev Ermənistanın humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması ilə bağlı "twitter"də paylaşım edib:Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.

- Prezident İlham Əliyev Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib.

- Prezident İlham Əliyev Cəbrayıl rayonunun bir neçə kəndlərinin işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib:Rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!

- Düşmənin döyüş texnikası və silah-sursatı məhv edilib. Ermənistanın məhv edilən hərbi texnikalarının siyahısı açıqlanıb.

- Düşmən taborunun qərargah rəisi məhv edilib.

- Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutması nəticəsində, ev sahibi ağır xəsarət alıb.

- İran Ermənistana məxsus PUA-nı vurub.

- Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutub.

- Azərbaycan Ordusu ermənilərin atıb qaçdığı daha bir neçə hərbi texnikanı ələ keçirib.

- Ağdamda ermənilər AzTV-nin çəkiliş qrupunu atəşə tutub, jurnalist yaralanıb.

- Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin videogörüntüsünü yayımlayıb.

Tarix
2021.10.19 / 00:19
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla