Yuxarı

Vətən müharibəsi xronikası: 21 oktyabr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən müharibəsi xronikası: 21 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Axar.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev rəsmi Tvitter səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun daha beş kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib: "Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Füzuli rayonunun daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib."

- Prezident İlham Əliyev Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndinin işğaldan azad edilmısi ilə bağlı paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.

- Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yayıb. Düşmənin artilleriya rəisi, divizion komandiri və tabor komandiri məhv edilib. Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb.

Müdafiə Nazirliyi Ordumuzun artilleriya atışlarının videogörüntülərini yayıb.

- Cəbrayıl rayonunun işğaldan azad olunan Çərəkən kəndinin videogörüntüləri yayılıb.

- Ermənistanın növbəti PUA-sı məhv edilib. Düşmənin atıb qaçdığı növbəti hərbi texnikaların videogörüntüləri yayılıb.

- Ermənistana məxsus daha 3 PUA məhv edilib.

- Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edib.

Tarix
2021.10.21 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Daha bir azərbaycanlı Ukrayna müharibəsində həlak oldu

Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır

İlham Əliyev və Babiş mətbuata bəyanatlarla çıxış edir

İlham Əliyevin Babişlə geniş tərkibdə görüşü başa çatdı

Qəbələdə Əliyevlə Babişin təkbətək görüşü keçirildi

Prezident onu Qəbələdə qarşıladı - Foto

Bakıya xaricdən 200 jurnalist gəlir - Böyük maraq

İlham Əliyev Cənubi Afrika prezidentini təbrik etdi

Bu, Prezidentin sülhpərvər siyasətinə verilən yüksək dəyərdir

Milli Məclisin iclası başaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla