Yuxarı

Dünya nəhəngi niyə çökür? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində səhmlərin qiymətinin kəskin aşağı düşməsi dünya iqtisadiyyatı üçün gözlənilən deyildi.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov Çin iqtisadiyyatının geriləməsi və fond bazarlarının çökməsinin səbəblərini şərh edərkən deyib. Onun sözlərinə görə, Çinin zəifləməsi dünya iqtisadiyyatına birmənalı şəkildə təsir göstərəcək:

"Çin bu gün dominal ümumdaxili məhsulun həcminə görə dünyada 1-ci, real ümumdaxili məhsulun həcminə görə 2-ci yeri tutur. Çinin səhmlərində təxminən 8 faizə yaxın azalma müşahidə olunur ki, bu da kifayət qədər ciddi rəqəmdir. Əslində, ölkə iqtisadiyyatındakı azalmalarla bağlı çox mənfi rəylər var. Belə ki, səhmlərin qiymətinin aşağı düşməsi yalnız ölkə iqtisadiyyatının daxili faktoru ilə deyil, xarici faktorlarla da izah olunur. Bunlardan biri təbii ki, Çinin əsas ticarət tərəfdaşlarında baş verən son iqtisadi dəyişikliklərlə bağlıdır. Bu da ölkə şirkətlərinin səhmlərinə təsir göstərir və nəticədə azalmalar qeydə alınır. Digər səbəb isə Çinin iqtisadi göstəricilərinin gözləndiyindən zəif olması ilə bağlıdır. Hələ ki, iqtisadi geriləmə yoxdur. Ancaq iqtisadi göstəricilər proqnozlaşdırıldığından daha zəifdir. Bu da praktik olaraq səhmlərin qiymətinin azalmasına gətirib çıxarır".

İqtisadçının sözlərinə görə, bəzi analitiklər Çin iqtisadiyyatının zəifləməsini dövlətin özünün təsirləri ilə izah edirlər:

"Belə ki, Çin hökuməti mövcud səhmlərin dəyərinin azalmasından qısamüddətli dövr üçün istifadə etməklə xüsusən real iqtisadi problemləri aradan qaldırmağa deyil, səhm bazarında manevr etməklə iqtisadi stimulyasiya həyata keçirməyə çalışır. Hətta bəzi analitiklər dövlətin praktik olaraq səhm bazarında baş verənlərdə maraqlı olduğunu qeyd edirlər. Ancaq bütün hallarda Çində baş verənlər ölkə üçün arzuolunan deyil. Çünki səhmlərin qiymətindəki azalmalar birbaşa investisiyalara təsir göstərir. Son dəyişikliklərdən sonra investorlar artıq bu ölkənin səhm bazarına sərmayə qoyuluşu haqqında ciddi şəkildə düşünməyə başlayıblar. Bu baxımdan baş verənlərdən Çinin birmənalı şəkildə ən çox uduzan tərəf olacağı güman olunur. Səhmlərin qiymətindəki azalmalar yaxın zamanlarda ölkənin real sektoruna təsir göstərəcək. Bu da Çinin makroiqtisadi göstəricilərinin pisləşməsinə gətirib çıxaracaq".

Qeyd edək ki, Çinin fond indeksi "Shanghai Composite" ötən gün 8,5 faiz aşağı düşüb. Bu, indeksin yarandığı 1990-cı ildən bəri qeydə alınan ikinci ən böyük düşmədir. Çin hökuməti fond bazarında sabitlik yaratmaq üçün 41,8 milyard dollar ayırıb. Lakin bu tədbirlər hələ istənilən nəticəni vermir.

Tarix
2015.07.29 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla