Yuxarı

Rəisinin və Ərdoğanın Bakı açıqlaması…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlədiyimiz oldu - sonda məhz sağlam düşüncə qalib gəldi. Diplomatik kanallarla Azərbaycan-İran münasibətlərindəki gərginliyin körüklənib inkişaf etdirilməsinin və kənar güclərin prosesdən yararlanmaq cəhdlərinin qarşısı tam zamanında alındı.

Xüsusən də Moskvada Rusiya, Ermənistan və Azərbaycan baş nazirləri müavinlərinin iştirakıyla keçirilən Üçtərəfli Komissiyanın toplaşdığı bir gündə İran tərəfinin Azərbaycanın haqlı iradlarını qəbul etdiyini bildirən məlumat yayması göstərir ki, rəsmi Tehran artıq 44 günlük Qarabağ savaşından sonra bölgədə yaranmış yeni reallıqları qəbul etməyə və ona təklif olunan şərtlərlə proseslərdə iştiraka hazırdır.

Moskva görüşüylə üst-üstə düşən daha iki mühüm bəyanat - İranın yeni Prezidenti İbrahim Rəisinin “Biz qonşularla münasibətlərimizin pozulmasına imkan verməyəcəyik” cümləsi və Türkiyə Prezidenti Ərdoğanın da “İran Azərbaycanı hədəf taxtasına qoymaz, İranın yeni rəhərliyi bu yanlışı davam etdirməz” açıqlaması o deməkdir ki, Türkiyə Prezidentinin təklif ediyi “Altılıq” formatını kimlərinsə dağıtmaq istəyi baş tutmayacaq və münasibətlərin gələcək inkişafı da məz bu formatda davam etdiriləcək.

Azərbaycanın istədiyi də elə budur: keçmiş imperiya varisləri olan 3 böyük qonşusu – Rusiya, İran və Türkiyə arasında əsas bağlayıcı, “körpü ölkə” statusunu qoruyub saxlasın, onların qarşıdurma yox, əməkdaşlıq və dostluq mərkəzinə çevrilsin.

Bu, təkcə təhlükəsizlik sarıdan deyil, iqtisadi baxımdan da bizim üçün ən yaxşı olan variantdır. Zəngin enerji ehtiyatlarına və xammal mənbələrinə malik Rusiya və İranın məhz Azərbaycan üzərindən Türkiyəyə bağlanması həm Qarabağ savaşındakı uğurumuzun, həm də bölgədə uzunmüddətli sabitliyin və rifahın əsas təminatı ola bilər.

Tarix
2021.10.22 / 14:06
Müəllif
Elxan Şükürlü
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla