Yuxarı

Səfər Mehdiyev Şröder ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Hüquq-Mühafizə Təlimləri üzrə Avropa İttifaqı Agentliyinin (CEPOL) icraçı direktoru Detlef Şröderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə CEPOL tərəfindən həyata keçirilən və ölkəmizin də iştirak etdiyi TOPCOP (mütəşəkkil cinayətkarlığa qarşı təlim və əməliyyat tərəfdaşlığı) layihəsinin icrası, gələcək əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son illərdə gömrük sistemində aparılan islahatlardan danışıb və bildirib ki, həyata keçirilən yeniliklərin, təbiq olunan innovativ layihələrin hesabına gömrük əməliyyatlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Gömrük sisteminin modernləşdirilməsi istiqamətində əldə edilən uğurların nəticəsi olaraq Azərbaycan Gömrüyü Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dünyanın ən inkişaf etmiş ölkələrini özündə birləşdirən Avropa Regionuna rəhbər seçilib və bu istiqamətdə iki il davam edən fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfələr verib.

Qeyd olunub ki, görülən işlərin nəticəsi olaraq son üç ildə qaçaqmalçılığa, xüsusi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mühüm nailiyyətlər əldə olunub, 6 tona qədər narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, bir neçə cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilib.

CEPOL-un icraçı direktoru Detlef Şröder səmimi görüşə görə təşəkkürünü bildirib, hüquqpozmalara qarşı mübarizə sahəsində əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Detlef Şröder vurğulayıb ki, Azərbaycan gömrüyü ilə qurulan səmərəli əməkdaşlıq təmsil etdiyi qurum üçün xüsusi önəm daşıyır və hüquqpozmalara qarşı mübarizədə ümumi işə mühüm töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.10.25 / 21:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla