Yuxarı

Zəngəzur dəhlizi olmayacaq? – Paşinyanın diqqətinə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün onlayn formatda jurnalistlərin suallarını cavablandıran Ermənistan Baş naziri Nikol Paşinyan bir daha “dəhliz” məsələsinə toxunub.

Axar.az xəbər verir ki, Mehridən keçəcək yol barədə danışarkən Paşinyan “ərazi suverenliyi”ni vurğulayıb. Bildirib ki, yolun keçdiyi ərazidə Ermənistanın suveren hüquqları təmin olunmalıdır.

Eyni zamanda, Paşinyan 10 noyabr 2020-ci il bəyanatında yalnız Laçın yolu haqda “dəhliz” ifadəsinin işləndiyini bildirməklə, bunun digər yola aid olmadığını sübut etməyə çalışıb.

Bu, bir daha Ermənistan Baş nazirinin öz məqsədləri naminə bəyanatı “fərqli oxuma” cəhdindən başqa bir şey deyil.

Bir dəfə bu haqda yazmışdıq, ancaq aktuallıq kəsb etdiyindən, yenidən yada salaq.

10 noyabr üçtərəfli bəyanatında Laçın dəhlizi və Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolla bağlı 2 bənd var: 6-cı və 9-cu maddələr.

6-cı maddə belədir:

“6. …Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

9-cu maddə:

“9. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Diqqət edin:

6-cı maddədə Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyinə Azərbaycan təminat verir, 9-cu maddədə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun təhlükəsizliyinə Ermənistan.

6-cı maddədə Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında qalır, 9-cu maddədə isə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yola nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.

Tamamilə eyni qəlibdir: burda yeganə fərq Laçın yolunun dəhliz adlandırılması, Zəngəzir yolunun isə adsız olmasıdır. Vəssalam!

Əgər N.Paşinyan yalnız “dəhliz” sözünün işlədilməməsindən istifadə edərək, Zəngəzur dəhlizinin “ərazi suverenliyi çərçivəsində” açılmasına, yəni həmin yol üzərində gömrük və sərhəd xidmətinin tətbiqinə çalışarsa, Azərbaycana eyni münasibəti Laçın dəhlizinə tətbiq etməyə heç nə mane ola bilməz.

Tarix
2021.11.24 / 15:36
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla