Yuxarı

Soçidən öncə Putin Overçuku niyə Bakıya göndərdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Soçidən öncə Putin Overçuku niyə Bakıya göndərdi?

Əliyev Overçuku qəbul etdi: Rusiya baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun üzvünün Soçi görüşündən iki gün öncə Bakıya səfəri noyabrın 26-da nəqliyyatın blokadadan çıxarılması ilə bağlı sənədin – bəyannamənin imzalanacağı gözləntisini önə çıxarır.

Öncə də yazdığımız kimi, ən optimal variant kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsi ola bilər: 1 mart tarixinə qədər hazırlanması və təsdiq üçün təqdim edilməsi nəzərədə tutulan qrafikin gecikməsi hazırda Bakı ilə yanaşı, Moskvanın da maraqlarına uyğun deyil.

Lakin sual yaranır: Overçuku Bakıya gətirən səbəb nədir?

Birincisi, qrafikin hazırlanması zamanı tarixlərin dəqiqləşdirilməsi ola bilər;

İkincisi, imzalanması mümkün olan sənədin-bəyannamənin mətni razılaşdırılır;

Üçüncüsü, kommunikasiyanın açılmasında Bakı üçün prioritet olan Zəngəzur dəhlizi ilə bağlıdır.

İlk iki səbəb üçün Overçukun Bakıya gəlişinə ehtiyac yoxdur, bu baxımdan, üçüncü səbəb daha aktualdır və görüşdən iki gün öncə Putin kommunikasiyanın açılması prosesində əsas məsul şəxsini Əliyevlə görüşə göndərirsə, bu, məhz Azərbaycanla hansısa məsələləri dəqiqləşdirmələrə ehtiyac olması deməkdir.

Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Paşinyanın son açıqlamaları o versiyanı önə çıxarır ki, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində Ermənistanın istəkləri nəzərə alınıb və ruslar Bakıda bunu müzakirə edirlər. Bu, az ehtimaldır, çünki məsələnin bu formada müzakirəsi əlavə problemlərə yol açacaq:

- 10 noyabr üçtərəfli razılaşmasının kommunikasiyaların açılması üzrə bəndi pozulacaq və məsələnin yenidən nəzərdən keçirilməsinə zəmin yaranacaq;

- Bakı eyni şərtlərin – İrəvanın Zəngəzur dəhlizində yaratmaq istədiyi gömrük nəzarətinin Laçın dəhlizində də tətbiq edilməsini tələb edəcək;

- Rusiyanın bölgənin gələcəyi üzərində razılaşdığı Türkiyə də buna qarşı çıxacaq.

Nəticə etibarilə proses uzanacaq və bu, Moskvanın bölgədəki maraqlarına uyğun görünmür. Bu baxımdan, Putinin nümayəndəsini Soçi görüşündən iki gün öncə Bakıya gətirən səbəb açıq olaraq qalır.

Overçuk Əliyevlə görüşdən sonra İrəvana gedəcəksə, bu, proseslərə bir qədər aydınlıq gətirə bilər. Və məqsədin kommunikasiyanın açılması qrafiki üzrə sənədin-bəyannamənin razılaşdırılması olduğu versiyasını gücləndirə bilər.

Tarix
2021.11.24 / 16:07
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla