Yuxarı

Ailəsindən 14 əsgər gedən sakinin Əliyevlə söhbəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı, birinci xanım və qızları Mədəniyyət Evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşüblər.

Sakin: Bu gözəl günləri, bu gözəl həyatı bizə ulu öndərimiz Heydər Əliyev bəxş edib. Minillik tarixi vərəqləsələr görərlər ki, belə gözəl dövran, belə gözəl zaman, belə gözəl həyat olmayıb.

Heydər bir günəşdir gəlib cahana,

Onun işığıdır, düşüb hər yana.

Eşq olsun, qəhrəmanlar ölkəsi Azərbaycana.

1970-ci ildə Ulu Öndərimiz Quba rayonuna gələndə mən qarşılamışam. Onun alqışını qazanmışam. İndi Allah nəsib edib Sizi də qarşılamaq qismət olub mənə.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Müharibə başlayandan 14 nəfər əsgər göndərmişəm - 3 övlad, 11 nəvə. Qazisi də var, veteranı da var, bu saat cəbhədə olanı da var. Bu körpülər ki, salınır, bunları heç bir xəzinə əvəz edə bilməz. Bu 2 çay sürü ilə qoyun aparıb, saysız-hesabsız texnikalar batırıb. Bu Qonaqkənd belə olmayıb. Bu həyat, bu rahatlıq, bu işlər Sizin yorulmaz fəaliyyətinizin, uğurlu siyasətinizin nəticəsidir. Var olun!

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Allah qorusun Sizi. Allah qorusun xalqını, Vətənini, torpağını qoruyan insanları. İndi bir balaca şeir var, əgər icazə versəniz, onu deyim.

Ali Baş Komandan İlhamın,

Göstərdiyi hünəri xalqın ürəyindədir,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Dəmir yumruq sındırdı düşmənlərin belini,

Sevindirdi ölkəsini, sevindirdi xalqını,

Qazandığı hər zəfər xalqın ürəyindədir.

Aşıq Vahidin səsi, heyran edir hər kəsi,

44 günün təntənəsi xalqın ürəyindədir.

Ordumuzun şöhrəti,

Ordumuzun qüdrəti,

Ordumuzun hörməti

Həm yerdə, həm göydədir.

Sağ olsun Ordumuz, durur ər kimi,

Vətən keşiyində şiri-nər kimi,

Mən də öz xalqımla bir əsgər kimi,

Vətən yolunda hazıram bu gün.

Eşq olsun qəhrəman Azərbaycana!

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Var olun. Allah qorusun Sizi. Allah xalqımızı, millətimizi qorusun. Çox sağ olun.

Tarix
2021.12.06 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla