Yuxarı

Nikol niyə “türk agenti”ni Ankara ilə danışıqlara göndərir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara və İrəvan münasibətlərin normallaşması üçün xüsusi nümayəndələrini təyin etdi: Türkiyəni ABŞ-dakı keçmiş səfir Sərdar Kılıç, Ermənistanı isə vitse-spiker Ruben Rubinyan təmsil edəcək.

Paşinyanın bu vəzifəni niyə Rubenə tapşırdığı maraqlıdır: bu şəxs vitse-spiker olmamışdan öncə qısa müddətli olsa da, xarici işlər nazirinin müavini idi, lakin diplomatik məharətinə görə bu missiyanı ona həvalə etməyiblər.

Birincisi, Nikol Paşinyana yaxın şəxsdir və görünür, erməni baş nazir Türkiyə ilə danışıqların detallarının dar çevrədən çıxmasını istəmir;

İkincisi, R.Rubinyan inqilaba qoşulmaq üçün Ermənistana gəlməmişdən öncə - 2017-2018-ci illərdə Türkiyədə fəaliyyət göstərib: Hrant Dink Fondunda işləyib və Sabançı Universitetində araşdırma aparıb, hətta müharibədən sonra vitse-spiker seçiləndə erməni müxalif mediası ona qarşı “türk agenti” ittihamını da irəli sürürdü; Türkiyədəki erməni icması ilə yaxın münasibətləri var və hazırda erməni icması Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir.

Nikolun bu misiyanı “türklərin dilini anlayan” Rubenə həvalə etməsi həm də normallaşma müzakirələrindən daha qazanclı çıxmaq istəyindən irəli gəlir, çünki İrəvan heç bir şərt olmadan danışıqlar aparmaq istəyir, Ankara isə müzakirəni Bakının maraqları çərçivəsində quracağını deyir.

Sərhədlərin açılmasını istəyən Ermənistan Ankaranın istəyi ilə böyük ölçüdə razılaşmaq məcburiyyətindədir.

Tarix
2021.12.19 / 10:00
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla