Yuxarı

Nikol “vasitəçi” Makrona qəsdən zərbə vurur - Arkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol “vasitəçi” Makrona qəsdən zərbə vurur - Arkov

Fransa o qədər də nüfuzu və avtoriteti olan dövlət kimi tanınmır. Parisin xarici siyasətinin bu vəziyyətə düşməsi Emmanuel Makronun prezidentliyi dövründə açıq şəkildə sezildi. Ancaq bir-birinin ardınca gələn uğursuzluqlar cənab Makronu narahat etmir və onu buna görə başa düşmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov Fransa Prezidenti Makronun vasitəçiliyi ilə fevralın 4-də Ermənistan baş nazirinin Azərbaycan prezidenti ilə danışıqlarda kütləvi məzaqlıqların yeri ilə bağlı verdiyi vədlərdən imtina etməsini şərh edərkən deyib.

“Birincisi, Makronun qarşıda prezident seçkisi var və sorğulara görə, onun yenidən seçilmək şansı çox böyük illüziyadır. Onun seçilmə şansını “sarı jiletlilərin” daimi etirazları, heç bir şəkildə həlli mümkün olmayan ciddi sosial-iqtisadi problemlər də azaldır. Buna görə də o, daxili siyasətdəki uğursuzluqları xarici siyasətdəki xəyali uğurları ilə kompensasiya etməyə çalışır.

İkincisi, Yelisey sarayı Avropa İttifaqında ikinci dərəcəli rol oynamağa məcbur olması ilə bağlı ciddi komplekslər yaşayır. Artıq sirr deyil ki, Emmanuel Makron prezidentliyini Angela Merkelə borcludur: yəni güclü Berlin zəif Parisdə maraqlıdır.

Makron əvvəllər müəyyən öhdəliklərlə yüklənmişdi və Merkelin istefasından sonra, görünür, o, artıq heç kimə borclu olmadığına qərar verib və kanslerin nəzarətinin müvəqqəti zəifləməsindən istifadə edir: Berlinin təşəbbüsünün qarşısını almağa çalışır, Parisi Avropa Birliyində mühüm qərarların qəbulu mərkəzinə, özünü isə Avropanın əsas siyasətçisinə çevirmək istəyir”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, İrəvanın müzakirə olunan hərəkətləri həm də Parisə qarşı müəyyən qədər “zərbə” effekti də yaradıb:

“Bunu İrəvan Moskvaya qarşı bir jest kimi də edə bilər. Yəni Fransanın vasitəcilik missiyasına zərər gətirmək hardasa Rusiyanın maraqları ilə üst-üstə düşür. Ümumilikdə isə Fransanın bu münaqişəyə bu qədər maraq göstərməsi birmənalı olaraq regionda ölü Minsk Qrupunun Qərbdən olan nümayəndələrini diriltmək məqsədi daşıyır”.

Tarix
2022.02.11 / 09:00
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

Son altı ayda Donald Trampla... - Prezident

Azərbaycana bu marşrutla uçan ilk şəxs oldum - Vens

Vensin Bakı səfəri Türkiyə üçün çox önəmlidir - Video

Prezidentin Venslə geniş tərkibdə görüşü baş tutdu

Bakı və Vaşinqton regional tərəfdaşlığı gücləndirir

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək

Əliyev və Vens mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Ukraynaya generatorlar göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla