Yuxarı

“Vəzifəmə qayıtmağımla bağlı açıqlamada yanlış var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərizəmi geri çəkməyim və vəzifəmə geri qayıtmağım barədə mətbuatda nə varsa, hamısı doğrudur.

Bu sözləri akademik Tofiq Hacıyev istefa ərizəsini geri götürüb Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsinə qayıtması və görəcəyi işlər barədə Axar.az-a danışarkən deyib:

"Vəzifəmin başındayam. Bir şey səhv yazılıb ki, guya məhz sözügedən məsələləri aydınlaşdırmaq üçün qayıtmaq istəyirəm. Mən intriqaları həll etmək üçün qayıtmayacağam, qayıdandan sonra nə iş görəcəyimi hamı biləcək. Nə intriqa? İntriqa həll etmək mənlik deyil. Saytlar özləri elə yazıb. Qayıdanda intriqa yox, elmlə, dillə bağlı çox işlər görəcəyəm.

Azərbaycan Respublikası Prezidentinin dillə bağlı 2013-cü il 9 aprel tarixli sərəncamına da əməl olunur, hər şey qaydasında gedir. Düzdü, dilimizdə, xüsusilə, lüğətlərdə bəzi qüsurlar var, danışıq dilimizdə get-gedə əcnəbi dilə meyil güclənir, bir sözlə, pərakəndəlik hökm sürur. Biz bu səhvləri tapıb lüğətlərin üzərində yenidən işləyəcəyik. Amma indi məzuniyyətdəyəm, qayıdandan sonra bu işlərlə məşğul olacağam".

Xatırladaq ki, professor Tofiq Hacıyev iyulun 24-də istefa versə də, sonradan ərizəsini geri götürərək vəzifəsinə qayıtdığını bildirib.

Tarix
2015.09.03 / 11:37
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla