Yuxarı

Putinin ətrafı “aradan çıxır”: istefalar anonsu verildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev atası Nikolay Patruşev vasitəsilə Vladimir Putindən istefasını qəbul etməyi xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Dadaş Əhmədli qeyd edib. Onun iddiasına görə, bu, nə qədər gözlənilən olsa da, dünən axşam prezidentin yaxın ətrafı üçün kiçik sensasiya olub:

“Dmitri Patruşev ona həvalə edilmiş sahədə böhrandan çıxış yolunu görmür və böhranın dərinləşməsinə görə məsuliyyət daşımağa hazır deyil. Putin hələlik istefanı qəbul etməyib. Lakin bu, hələ son deyil”.

Politoloq daxili işlər naziri Vladimir Kolokoltsevin də bazar ertəsi istefa verməyə hazırlaşdığı haqda məlumat dolaşdığını bildirib:

“Məlumatın ən maraqlı tərəfi odur ki, Kolokoltsev prezidentin müharibə başa çatdıqdan dərhal sonra onu işdən çıxarmaq planlarını pozmaq, riskə gedərək Putini sındırmaq qərarına gəlib. Nabiullina və Siluanovun istefa xahişlərindən sonra sakitlik yaranmışdı, lakin bu, uzun sürmədi. Kolokoltsev gələn həftə istefa ərizəsini Prezident Putinə təqdim etsə, bu, artıq dördüncü vəzifəli şəxsin vəzifədən getmə istəyində olması deməkdir”.

Politoloq iddia edib ki, Ukraynada müharibə “plan üzrə” getmir və Putinin komandası artıq məsuliyyətdən yaxa qurtarmağa çalışır.

Tarix
2022.04.09 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha 27 ailə Şuşaya yola salındı

Zəngəzur dəhlizi: Rusiya-İran əlaqələri pozulacaqmı?

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla