Yuxarı

“Azərbaycanda heç bir təşkilat çevriliş edə bilməz”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycanda heç bir təşkilat çevriliş edə bilməz”

Hazırda elə bir qüvvə yoxdur ki, Azərbaycanın daxili sabitliyini pozmaq imkanına malik olsun.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin sentyabrın 8-da keçirilən iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədəki çıxışına münasibət bildirərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bildirib ki, ölkə başçısının Azərbaycanda "5-ci kolon"un fəaliyyətinə bir daha toxunması sadəcə xatırlatma məqsədi daşıyır:

"Prezidentin də vurğuladığı kimi narıncı inqilablar, "ərəb baharı"nın Cənubi Qafqaz üçün nəzərdə tutulmuş variantları əslində bir reallıq idi. Bəzi dairələrin Azərbaycanda Maydan hərəkatını təkrarlamaq planı iflasa uğradı. Çünki ölkədə müxalifət demək olar ki, tamamilə gücdən düşmüş, pərakəndə bir qurum şəklində idi. Ona görə də belə təşkilatların Azərbaycanla bağlı hər hansı planı həyata keçirmək imkanı ola bilməzdi. Çünki Azərbaycan kifayət qədər güclü dövlətdir. Asayişin qorunması, ölkənin digər strukturları, xüsusilə xidmət orqanları baş verə biləcək hər təhlükəni aradan qaldırmaq gücündədir. Ölkə başçsının çıxışındakı mesaj da məhz bundan ibarətdir.

Qarşıdan parlament seçkilərinin gəlməsinə baxmayaraq, ən qabaqda gedən müxalifət belə namizəd irəli sürə bilmir. Çünki partiyalar zəifləmiş, bir-biri ilə düşmənçilik aparan kiçik dəstələrə bölünüblər. Bu nöqteyi-nəzərdən də bu gün ölkədə mövcud hakimiyyət və ölkədaxili sabitliyin pozulması üçün hər hansı bir real təhlükə gözlənilmir və bunun yaxın zamanlarda baş verəcəyini proqnozlaşdırmaq qeyri-mümkündür. Hazırda elə bir qüvvə yoxdur ki, Azərbaycanın daxili sabitliyini pozmaq imkanına malik olsun. Çünki ölkədə hansısa gərginliyin yaranması üçün heç bir zəmin yoxdur. Prezidentin bu çıxışı əslində bir xatırlatma məqsədi daşıyırdı".

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 8-də iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə 2011- 2012-ci illərdə bəzi xarici dairələrin Azərbaycanda Maydan hərəkatı yaratmaq planının iflasa uğradığını bildirmişdi. O, 2013-cü il seçkisi ərəfəsində destruktiv qüvvələrin öz fəaliyyətlərini artırdığını və müəyyən güclərin Azərbaycanda sabitliyi pozmaq istədiklərini söyləmişdi.

Tarix
2015.09.11 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla