Yuxarı

Dollar sürətlə bahalaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa pulu dollara və digər əksər səbət valyutalara nisbətən dəyər itirməkdə davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan gün dollara nisbətən 1.13 məzənnəsi ilə dəyişdirilən arvo artıq 1.04 kursunadək ucuzlaşıb. Bu, avronun müharibə başladıqdan sonra 14 faiz dəyərsizləşməsi deməkdir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, avronun ucuzlaşması daha çox sanksiyaların qarşılıqlı olaraq Avropa iqtisadiyyatına təsirləri ilə bağlı olsa da, dolların qlobal valyuta bazarında möhkəmlənməsi də əsas faktorlardandır:

“Bir tərəfdən enerji məhsullarının qiymətlərindəki artım real sektora təsirsiz ötüşmür, digər tərəfdən Avropa qitəsində davam edən müharibə ittifaq ölkələrinin iqtisadi artım faizlərini azaldıb.

Bu ilin ilk 4 ayında Avropa İttifaqında enerji məhsullarının qiymətində 38 faiz artım qeydə alınıb. Ötən ay isə Avropa İttifaqında son 30 ilin ən yüksək inflyasiyası qeydə alınıb. İstehlak bazarında ümumi qiymət artımı 7.5 faizə yüksəlib. 2022-сi il üçün 3.7 faiz artım proqnozlaşdırılan avrozanda ÜDM bu ilin birinci rübündə cüzi artıb. Bütövlükdə, müharibə uzanarsa, 2022-ci ildə iqtisadi artımın hətta 2 faizdən az olacağı gözlənilir.

Müharibə uzandıqca avronun ucuzlaşması davam edəcək. Hələlik Avropa Mərkəzi Bankı avronun məzənnəsinə təsir edəcək addımlar atmaqda israrlı görsənmir. Bu isə o deməkdir ki, hələlik avronun əvvəlki mövqelərinə qayıtması mövcud şərtlər daxilində real deyil. Müharibənin ən çox neqativ iqtisadi təsir etdiyi qitə isə sözsüz ki, avronun işləndiyi Avropa olaraq qalmaqdadır”.

Tarix
2022.05.16 / 11:49
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla