Yuxarı

Rusiyanın Suriya planında Qərb faktoru

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Suriya planında Qərb faktoru

Rusiya Qərbə Yaxın Şərqdə var olduğunu göstərməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında son günlərin aktual mövzusu olan rus hərbçilərinin Suriyaya yeridilməsi məsələsini şərh edərkən analitik Vüqar Zifəroğlu deyib:

"Bu məsələyə birtərəfli yanaşmaq olmaz. Rusiyanın Suriyaya qoşun yeritməsi əslində aksiya xarakteri daşıyan və düşünülmüş bir plandır. Ona görə də Kremlin bu addımını üç istiqamətdə dəyərləndirmək lazımdır. Birincisi, Rusiya hazırda Qərbə Yaxın Şərqdə var olduğunu göstərməyə çalışır. İkincisi, Suriya Rusiya üçün prinsipial əhəmiyyət daşıyır. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, Əsədin iqtidarda qalmasının başlıca səbəblərindən biri məhz rəsmi Moskvadır. Bu səbəbdən də Rusiyanın son addımını hazırda Əsəd rejiminə dəstək kimi qiymətləndirmək olar. Üçüncüsü isə Moskva hazırda terrora qarşı mübarizədə koalisiya qüvvələrinə dəstək verdiyini nümayiş etdirməyə çalışır".

Qeyd edək ki, son günlərdə Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsi ilə bağlı Qərb mətbuatında xəbərlər yayılıb. Rusiya tərəfi isə bu iddiaları təkzib edir.

Tarix
2015.09.13 / 09:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Bakı və Sofiya arasında mühüm görüş

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla