Yuxarı

Ukrayna rus ordusunu darmadağın edəcək - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna rus ordusunu darmadağın edəcək - Polkovnik

12:43

Rusiya ordusunun Xarkov və İzyumda, eləcə də digər istiqamətlərdə geri çəkilməsi tamamilə gözlənilən idi. Artıq müharibənin 83-cü günüdür və Rusiya öz ordusunun üçdə birini, xeyli sayda texnikasını, silah və sursatını Ukrayna torpaqlarında itirib. Proses getdikcə dərinləşməkdədir və rus ordusu artıq demaralizə edilib. Ona görə Britaniya kəşfiyyatının, Pentaqona yaxın mənbələrin, Ukrayna rəsmilərinin verdiyi məlumatlar həqiqətə uyğundur.

Bu sözləri Axar.az-a açıqlamasında son günlər Rusiya ordusunun geri çəkilməsi və Xarkov vilayətinin şimal-şərqi istiqamətində Ukrayna ordusunun dövlət sərhədinə çıxması ilə bağlı məlumatları şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, Ukraynaya verilən hərbi texnikanın, silah-sursatın qarşısında Rusiya duruş gətirə bilməz və yaxın zamanda onu daha ağır nəticələr gözləyir:

“Son iki həftədir ki, vəziyyət tədricən dəyişir. ABŞ-ın Ukraynaya göndərdiyi M-777 uzaqvuran artilleriya haubitsaları, o cümlədən dron-kamikadzelər, yeni tanklar, piyadaların döyüş maşınları vəziyyəti kardinal şəkildə dəyişir. Rusiya Ukraynada olan-qalan qoşununu da itirə bilər, ona görə geri çəkilir. Ukraynanın müharibənin Donbas, Luqansk və Krımın azad edilməsi ilə bitəcəyi haqqında verdiyi açıqlamaların da təməlində bəhs etdiyimiz amillər dayanır. Mən şəxsən buna inanıram və apardığım təhlillər də onu deməyə əsas verir ki, proses qeyd edilən istiqamətdə gedir və Ukrayna yaxın vaxtlarda tamam fərqli bir döyüş göstərərək yeni uğurlar qazanacaq. Ukraynaya verilən silah sistemlərinin, ağır texnikanın və s. qarşısında rus ordusunun duruş gətirməsi mümkün deyil. Rus ordusunu qabaqda ağır və çətin günlər gözləyir”.

Tarix
2022.05.17 / 15:39
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla