Yuxarı

Qarabağdakı rus komandan Papikyana məlumat "təqdim etdi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağdakı rus komandan Papikyana məlumat "təqdim etdi"

Azərbaycanın Qarabağ iqyisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüşdə Rusiya səfirliyinin hərbi attaşesi İqor Şerbakov da iştirak edib.

General-mayor Volkov rus sülhməramlılarının məsuliyyət zonasınasındakı vəziyyət və cari məsələlərlə bağlı məlumatları erməni nazirə “təqdim edib”. Tərəflər Rusiya sülhməramlılarının işini yüksək qiymətləndirib və regionda hərbi-siyasi vəziyyətin stabilləşməsində Rusiyanın rolunun yüksək qiymətləndiriblər.

Söhbət zamanı regional təhlükəsizlik məsələləri də müzakirə edilib.

Qeyd edək ki, Volkov Azərbaycan ərazisində yerləşdirilən rus sülhməramlılarının komandanıdır və onun ərazidəki vəziyyətlə bağlı məlumatları Ermənistan müdafiə nazirinə “təqdim etməsi” və yaxud Ermənistan MN-in məlumatı ictimaiyyətə bu cür açıqlaması anlaşılmazdır.

Tarix
2022.05.27 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla