Yuxarı

Zas İrəvanın mərkəzində Bakını müdafiə etdi - Arşakyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan KTMT və Aİİ-dən çıxmalıdır. Bu ölü təşkilatlardan İrəvan üçün heç bir əməli fayda yoxdur.

Axar.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

“Bu yaxınlarda İrəvanda KTMT Parlament Assambleyası Şurasının iclası keçirilib. Tədbirdə Azərbaycandan heç bir nümayəndə yox idi, amma KTMT-nin bütün üzvləri Bakıdan qorxurmuş kimi danışırdılar. İrəvanın mərkəzində Azərbaycanın mövqeyini dəstəklədilər. “Biz sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində uğurlu irəliləyişlər əldə etmişik” – deyirdilər. KTMT-nin Baş katibi Stanislav Zas hətta qeyd etdi ki, Bakı bütün regionun təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verir”, - deyə erməni ekspert qeyd edir.

Erməni ekspert bu baxımdan Ermənistanın KTMT və Aİİ-dən çıxması gərəkdiyini vurğulayıb:

“Bu ölü təşkilatlardan bizim üçün praktiki fayda yoxdur. Moskvaya meyilli olmamalıyıq – biz tam sürətlə hərəkət edib NATO-ya, texniki və texnoloji cəhətdən daha inkişaf etmiş Qərbə doğru getməliyik”.

Tarix
2022.06.08 / 13:34
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla