Yuxarı

Ermənilərin çıxmaq istəmədiyi Zabux kəndi – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun çəkilməsi ilə ermənilər Laçın şəhəri ilə bərabər, Zabus kəndini də tərk etməlidirlər və bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçməlidir.

Axar.az xəbər verir ki, Laçın yolunun tamamlanmasına az qaldığı üçün ermənilər cidd-cəhdlə ən azı Zabux kəndini boşaltmaq istəmirlər və yaxud bununla bağlı kampaniya aparırlar.

Erməni mediası isə “kənddə yaşayan ermənilərin” etirazlarını tirajlamaqla və onların etirazlarını yaymaqla məşğuldur. Bununla ermənilər 10 noyabr 2020-ci il bəyanatını ayaqlar altına atmaqla yanaşı, sanki 44 günlük müharibə zamanı qaçdıqlarını unutdurmağa çalışırlar. Ənənəvi erməni hiyləsi işə düşüb.

Məsələ isə budur ki, ermənilər Laçına və Laçın yolu ətrafındakı kəndlərə yalnız işğal dövründə məskunlaşıblar. Burada məskunlaşan ermənilərin əksəriyyəti isə ümumiyyətlə Ermənistanda və Qarabağın müəyyən hissələrində yaşayan ermənilər deyil.

Bu ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətiriliblər və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər.

Zabux kəndindən erməni mediasının yaydığı bu materialda da hər şey aydın görünür: bu evlər kənd camaatının illərlə özünün tikib-qurduğu evlər deyil, layihə əsasında, dövlət tərəfindən tikilib və xaricdən gətirilən ermənilər məskunlaşdırılıb. Zabuxun icma rəhbəri Andranik Çavuşyan da Livan ermənisidir və bunu heç gizlətmir də.

Ənənəvi olaraq Azərbaycan ərazilərinə köçürülən kimi “dədə-baba torpağımız” deyən ermənilər bu dəfə öz yalanlarını tikdikləri evlərlə ifşa edirlər.

Ermənilər fəxrlə guya müharibədən sonra məktəbin, tibb mərkəzinin, kənd administrasiyasının damını və futbol meydanını təmir etdiklərini bildirirlər. Halbuki bu kənddə dağıntı olmayıb, “təmir” adına da heç nə yoxdur, hər şey rəsmi qurumların ayırdığı vəsaitlə tikilib və kəndə köçürülənlərin istifadəsinə verilib. Əks halda evlərin bütün layihələri eyni olmazdı.

Tarix
2022.07.03 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla