Axar.az
Yuxarı

Ədliyyə Nazirliyi e-sistemində nasazlıq… - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər nasazlıq vətəndaşın özünün kompüterində deyilsə və hər hansı gecikmə, yaxud digər problem ümumilikdə elektron sistemin özünün nasazlığı ucbatından baş veribsə, məhkəmələr bunu mütləq nəzərə almalıdır və alacaq da. Çünki hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və son nəticədə məhkəmə icraatının vəzifəsi hər bir şəxsin Konstitusiyadan, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Bu sözləri Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Bəhruz Məhərrəmov apellyasiya şikayətinin verilməsi üçün istifadə edilən elektron sistemin işində problemlərin yaranması haqda danışarkən deyib.

“Elektron məhkəmə sistemi Azərbaycanda məhkəmə hüquq islahatlarının zəruri tərkib hissəsi kimi yaradılıb və uğurla da reallaşdırılmaqdadır. Həmçinin, cənab Prezident 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında da Ədliyyə Nazirliyinin qarşısında tapşırıq qoymuşdur ki, elektron məhkəmə informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasını təmin etsin.

Bilirsiniz ki, elektron məhkəmənin tətbiqi məhkəməyə elektron müraciət, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, onlayn məhkəmə iclası, iclas protokollarının paralel olaraq audiovizual formatda aparılması kimi çoxsaylı məsələlərin timsalında vaxt itkisi, qeyri-prosessual münasibətlərə büroktatik süründürməçiliyə yol açan halların aradan qaldırılması baxımından müstəsna əhəmiyyətə malikdir”, - o vurğulayıb.

Deputat həmçinin bildirib ki, “Elektron məhkəmə” platformasında məhkəmə qərarları üzrə müxtəlif meyarlar əsasında effektiv axtarış aparmaq üçün funksional imkanların yaradılması vacibdir:

“Əgər söhbət elektron sistemdən gedirsə, bu, texniki vasitədir, qüsurlar, nasazlıq, proqram təminatında ləngimələr qaçılmazdır. Habelə, elektron məhkəmə sistemi yeni dövrün əsas təhdidi olan kiber hücumlardan da tam sığortalana bilməz. Düzdür, zamanla müəyyən problemlər müşahidə edilsə də, yaxud təkmilləşdirilməli məqamlar üzə çıxsa da, ölkədə məhkəmə hüquq sisteminin fəaliyyətinə köklü təsir edəcək texniki insidentlər yaşanmayıb”.

Tanınmış hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov isə bildirib ki, “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin 1 iyun 2020-ci il tarixli № 1043 saylı Fərmana və 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi Ali Məhkəmə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılıb:

“Sistemdə olan texniki xəta səbəbi ilə hər hansı bir şikayət ərizəsinin şikayət verilmə müddətinin keçməsi isə üzrlü sayılmalıdır”.

Qeyd edək ki, Azərbaycanda apellyasiya şikayətləri yalnız elektron formada qəbul edilir. Ötən gündən isə e-mehkeme.gov.az sistemində apellyasiya ərizəsi elektron imza ilə təsdiqlənmir.

Tarix
2022.07.07 / 14:37
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Putin dəvət etdi - Ərdoğan mühüm səfərə çıxır

İrəvan Bakının 25 avqust tələbini icra edə biləcək? - Açıqlama

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Bakının ulduzu parlayır, maksimum çalışır... - Danielyan

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniyaya müraciət etdi

Ərdoğandan Qarabağdakı son vəziyyət barədə - Açıqlama

Ordumuzun nəzarətinə keçən yüksəkliklər – Xəritə

Buzduxun Ordumuz üçün strateji əhəmiyyəti – Ekspert

İrəvana gizli zəng edirdik, Bakı dərhal... – Satanovskidən şok

Əliyev və Paşinyan Brüsseldə görüşəcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla