Yuxarı

Azay Quliyevin daha bir rəqibi geri çəkildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azay Quliyevin daha bir rəqibi geri çəkildi

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd – Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.

Axar.az xəbər verir ki, bu barədə B.Abdullayev bəyanatla çıxış edib.

"Seçki kampaniyası kifayət qədər vaxt, enerji və potensial tələb etdiyindən güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm. Ona görə də namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və ona gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram", - bəyanatda bildirilib.

Sonda B.Abdullayev seçiciləri və təəssübkeşlərini A.Quliyevə səs verməyə çağırıb və özünün də ona səs verəcəyini qeyd edib.

Xatırladaq ki, sözügedən dairədən namizədliyi irəli sürülmüş fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov da bir gün əvvəl namizədliyini A.Quliyevin xeyrinə geri götürməsi barədə bəyanat yayıb.

Tarix
2015.10.17 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla