Yuxarı

İranın Ermənistandan “dəhliz” arzusu realdırmı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Ermənistandan “dəhliz” arzusu realdırmı? - Video

08:45

Fars körfəzindən Qara dənizə qədər nəqliyyat dəhlizi və dəmir yolu xəttinin çəkilməsi ilə bağlı illərdir müzakirələr aparılır. İran tərəfinin zaman-zaman ortaya atdığı bu layihə Azərbaycanın təkliflərinə alternativ olsun deyə qəsdən irəli sürülür.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Şimal-Cənub dəhlizinin İran ərazisində belə maliyyələşdirilməsiylə bağlı ciddi problemlər var:

“Hələ on il bundan əvvəl layihəyə təqribən 3,5-4 milyard dollar vəsait lazım olduğu müəyyən edilmişdi. Hazırda isə bunun üçün daha çox vəsait tələb olunur. Bu layihənin maliyyə mənbələri barədə də indiyənədək heç bir tərəf açıqlama verməyib. Hətta bunun mənası da yoxdur. Çünki Azərbaycan üzərindən Qara dənizə qədər dəmiryol xətti mövcuddur.

Həm də Azərbaycanın təklif etdiyi Rəşt-Astara dəmiryol xətti çəkildikdən sonra Fars körfəzindən Azərbaycandan keçməklə Qara dənizə daha ucuz, tez və effektli dəmir yolları şəbəkəsi mövcud olacaq. Ona görə də “Ermənistandan şimala dəhliz” ideyası İranın Azərbaycana təzyiq göstərməsi üçün ortaya atılan yalançı layihədir. İndiki şəraitdə layihənin reallaşdırılması qeyri-mümkündür.

Layihənin həyata keçirilməsi üçün təxminən 5-6 milyard dollara yaxın maliyyə lazımdır. Ancaq beynəlxalq qurumların İranın olduğu hansısa layihədə maliyyə donoru kimi iştirak etməsi mümkün deyil.

Ermənistandan keçəcək tunelləri, yol infrastrukturunu kim quracaq və neçə ilə başa gələcək? Ermənistanın Qara dənizə çıxışı yoxdur, bu “dəhliz” Gürcüstandan keçməlidir. Ancaq İranın “məsləhətləşmələrində” Gürcüstanın adı belə keçmir. Əlbəttə, buna görə də bu layihə müzakirələri qeyri-ciddi təsir bağışlayır”.

Tarix
2022.11.03 / 12:03
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla