Yuxarı

Qayalıqdan yıxılan kişinin meyiti tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Qax rayonu ərazisində yüksək dağ zirvəsindən dərəyə yıxılaraq ölən rayonun Ağçay kənd sakini 62 yaşlı Bədrəddin Babayevin meyiti yıxıldığı yerdən çıxarılıb.

"Axar.az" Kanal S-ə istinadən xəbər verir ki, yüksək dağlıq ərazi, qatı duman, çiskinli hava axtarış işlərinə çətinlik yaratsa da, bu gün gecə saat 4:00 radələrində Ağçay kəndinin yola bələd olan 5-6 nəfər orta yaşlı sakinindən ibarət qrup həmin əraziyə yollanıb. Artıq həmin şəxslər meyiti ərazidən çıxarıblar Verilən məlumata görə cəsədin 2 saatdan sonra kəndə çatdırılacağı gözlənilir..

Qeyd edək ki, yanvarın 19-u səhər saatlarından başlanan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin helikopteri də cəlb edilmişdi.

Xatırladaq ki, ixtisasca baytar olan 62 yaşlı Bədrəddin Babayev ov etmək məqsədi ilə rayonun Sarıbaş və Ağçay kəndlərinin kəsişdiyi "Qaradağ" adlanan hündür zirvəyə gedib. Müvazinətini itirən Bədrəddin Babayev sıldırım qayalıqdan dərəyə yıxılıb.

Tarix
2014.01.21 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla