Yuxarı

Qarabağla bağlı ermənilər “başqa hava” çalır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ 2012-ci ildə Rusiya təkliflər vermişdi və onlar qəbul olunsaydı, Dağlıq Qarabağ problemi birdəfəlik bağlanacaqdı.

Axar.az xəbər verir ki, bunu Rusiya xarixci işlər naziri Sergey Lavrov deyib.

“Ən azından o dövrdən Qarabağın statusunun sonraya təxirə salınması anlayışı meydana çıxdı. Konsepsiya çox sadə idi: ermənilər Qarabağ ətrafındakı beş Azərbaycan rayonunu tərk edərək Ermənistanı Qarabağla birləşdirən iki rayonu saxlayırdılar. Və Azərbaycanın olan bu iki rayonun taleyi Qarabağın statusu ilə birlikdə təyin olunacaqdı. Məhz o zaman statusun sonraya saxlanılması anlayışı ilk dəfə ortaya çıxdı. Və sonra o, obrazlı desək, sonrakı nəsillər üçün nəzərdə tutulmuşdu.

Sonra 2020-ci ilin payızında müharibə oldu, bu, ilkin təmaslar mərhələsində dayandı və Rusiya prezidentinin iştirakı ilə 3 dəfə üçtərəfli sammit - ikisi Moskvada, biri Soçidə - keçirildi.

O zaman da siyasi prosesə hansısa formada başlamaq zərurətindən danışdılar və belə bir anlayış var idi ki, Qarabağın statusu sonraya saxlanılsın. Və bundan çıxış edərək, Rusiya yazda tərəflərə təhvil verilən sülh müqaviləsinin öz variantını tərtib etdi və bu ifadə orada yer aldı. Yeri gəlmişkən, Azərbaycan tərəfi bildirdi ki, hər şeyi dəstəkləməyə hazırdır, lakin status məsələsi “işlənməlidir” (Bakının “statusa” razı olmadığını deyir – red.).

Oktyabrın sonunda Soçi görüşündə biz bu məsələyə qayıtmaq və tərəfdaşlarımızın centlmen razılaşması əsasında – bütün məsələləri həll etmək, Qarabağın statusunu isə sonraya saxlamaq məsələsində nə qədər hərəkətə keçməyə hazır olduqlarını anlamaq istədik. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Soçiyə gələndə Praqadan sənəd gətirmişdilər. Həmin sənəddə BMT Nizamnaməsi və Almatı deklarasiyasını rəhbər tutaraq sülh razılaşmasını imzalamaq istədikləri bildirilirdi.

MDB-nin yaradılması haqqında Almatı Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı sərhədlərə əsaslanacaq. Orada isə göstərilirdi ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in bir hissəsidir. Bu sənədləri imzalamağa gəldiksə isə erməni həmkarlarımız dedilər ki, qoy Rusiya Qarabağın statusu haqqında öz təkliflərini təsdiqləsin. Amma siz başa düşürsünüz ki, bu, danışıqların yox, başqa bir hava (xarici ölkələrin müdaxiləsi – red.) deməkdir”, - Lavrov bildirib.

Tarix
2022.12.01 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Sonsuz qardaşlıq - IV təlimindən yeni görüntülər - Video

Nuri Paşanı yad edirəm, Azərbaycana salamlar... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla