Yuxarı

Berlin-Bakı əlaqəsi güclənir: növbəti görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berlin-Bakı əlaqəsi güclənir: növbəti görüş

Azərbaycan və Almaniya XİN arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi çərçivəsində nazir müavini Xələf Xələfov Almaniyanı Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndəsi Andreas Peşke ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, X.Xələfov görüş zamanı ölkəmizin Almaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib.

X.Xələfov son dövrlərdə Azərbaycana qarşı atılan addımların, o cümlədən Avropa Parlamentinin və Almaniya Bundestaqının qərəzli qətnamələrinin Azərbaycanın Almaniya ilə münasibətlərinin inkişafına xidmət etmədiyini bildirib. Ölkələrimiz arasında siyasi dialoqun daha səmərəli olması üçün bəzi məsələlərlə bağlı mövqelərin korrektə edilməsinə ehtiyac olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan Xələf Xələfov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin qaneedici olmadığını deyib. XİN rəsmisi əlavə edib ki, Avropanın aparıcı dövlətlərindən biri kimi Almaniyanın münaqişənin həlli istiqamətində daha fəal siyasət həyata keçirməsi faydalı olar.

Nazir müavini ölkəmizdə həyata keçirilən irimiqyaslı iqtisadi layihələr haqqında məlumat verib, həmin layihələrdə alman şirkətlərinin daha fəal iştirakının arzu olunduğunu vurğulayıb. Almaniyanın İqtisadiyyat və Enerji nazirinin Azərbaycana səfərinin iqtisadi əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini bildirib. İki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsi, tələbə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışan X.Xələfov humanitar sahədə əməkdaşlıq üçün də yüksək potensial olmasına əminliyini ifadə edib.

Andreas Peşke Azərbaycanın regionda Almaniyanın ən vacib tərəfdaşı olduğunu vurğulayıb, təmsil etdiyi dövlətin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib. İki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin inkişafından bəhs edən A.Peşke son illər ərzində həyata keçirilmiş səfərlərə toxunaraq, təmasların artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib.

Alman iş adamlarının Azərbaycana daha çox sərmayə qoyulmasına maraq göstərdiyini qeyd edən alman diplomat 2012-ci ildən fəaliyyət göstərən Alman-Azərbaycan Xarici Ticarət Palatasının ticari-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün faydalı platforma olduğunu bildirib. Mədəniyyət sahəsində əməkdaşlığı xalqları bir-birinə bağlayan vacib amil kimi qiymətləndirən A.Peşke Azərbaycanda alman dili və mədəniyyətinə böyük marağın olduğunu, MDB məkanında yalnız Azərbaycanda, Slavyan Universiteti nəzdində alman dili üzrə institutun fəaliyyətə başladığını məmnunluqla qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.10.27 / 11:08
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla