Yuxarı

Kreml Qarabağ məsələsində Bakı ilə addımlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirlərinin Moskvadakı danışıqları göstərdi ki, Rusiya və Azərbaycan həm Bakı ilə İrəvan arasında münasibətlərin tezliklə normallaşması, həm də dəyişən dünyada irəliləmək məsələsində eyni istiqamətə baxırlar.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik İqor Korotçenko deyib.

“Moskva Azərbaycan və Ermənistan arasında nizamlanma yolunda effektiv vasitəçi olmaq üçün hər cür səy göstərir. Biz bilirik ki, Ermənistanın açıq-aşkar antiazərbaycan mövqe tutan Fransanı danışıqlar yoluna çəkmək cəhdləri Bakının Brüsseldəki danışıqlardan imtina etməsi ilə yekunlaşdı. Odur ki, Moskvada Lavrovla Bayramovun görüşü Bakının Ermənistanla Rusiyanın vasitəçiliyi əsasında danışıqları davam etdirməyə hazır olmasının təsdiqidir. Və Rusiyanın vasitəçiliyi bir daha təsdiq etdi ki, sülh müqaviləsi üçün əsas məsələ Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması, eləcə də Qarabağın Azərbaycanın olması ola bilər”, - Korotçenko bildirib.

Onun sözlərinə görə, onu da nəzərə almaq lazımdır ki, Rusiyada Azərbaycanla eyni səmtə baxmayan qüvvələr var. Bunlar Rusiya siyasi sisteminin reallıqlarıdır:

“Amma Sergey Lavrovun açıqlaması ondan ibarətdir ki, Rusiya üçtərəfli bəyanatın bəndlərinə əməl edilməməsi ilə bağlı Azərbaycanın narahatlığına səbəb olan məsələləri həll edir. Bu, son dərəcə vacibdir. Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandanı bildirib ki, Laçın dəhlizində mini-gömrük postunun yaradılması Azərbaycan tərəfi ilə müzakirə olunub. Rusiyanın bütün səviyyələrdə tanıdığını və bəyan etdiyini əsas götürərək demək olar ki, Qarabağ Azərbaycandır, istənilən qanunsuz fəaliyyət, o cümlədən təbii sərvətlərin mənimsənilməsi, Qarabağ bölgəsində qiymətli metalların çıxarılması qanunsuzdur. Qeyd edək ki, bu istehsalın son benefisiarları Qərb şirkətləridir. Bunların hamısı tamamilə qanunsuz fəaliyyətlərdir. Ona görə də Bakının ətraf mühitin monitorinqi ilə bağlı tələbləri tamamilə ədalətlidir”.

Tarix
2022.12.06 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla