Yuxarı

Həmkarlar hərəkatının patriarxı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmkarlar hərəkatının patriarxı

Səttar Mehbalıyev Azərbaycan Həmkarlar hərəkatının patriarxıdır. Bu gün onun 60 yaşı tamam olur. Həmkarlar İttifaqında isə 35 ildir. 1992-ci ildən isə ölkənin həmkarlar ittifaqlarının milli orqanı olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edir.

Azərbaycan Respublikasında həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı Prezident tərəfindən imzalanmış sərəncam onun bu sahədə uzunmüddətli və səmərəli fəaliyyətinə verilən yüksək qiymətdir.

Mən onu Avtomobil Nəqliyyatı İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri olandan tanıyıram. Heç vaxt fəhlənin haqqını və mənafeyini işəgötürənin ayağına verməyib. Nə imkan olubsa onu da edib. Onun təşəbbüsü ilə 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Qanun qəbul edildi. Sonradan həmin qanuna və Əmək Məcəlləsinə işçilərin hüquqlarının daha yaxşı təmin olunmasına yönələn xeyli əlavələr və dəyişikliklər onun tərəfindən hazırlanaraq Milli Məclisə təqdim edildi.

Təəssüf ki, işəgötürənlərin, xüsusən də transmilli şirkətlərin və yerli şirkətlərin işçilərə qarşı törətdikləri qanunsuzluqların qarşısını almaq heç də həmişə mümkün olmur. Həmkarlar İttifaqları yalnız üzvlərini müdafiə edə bilirlər və buna səlahiyyətləri çatır. Özəl sektorda isə işəgötürənlər həmkarlar ittifaqlarının yaranmasına bacardıqları qədər müqavimət göstərir.

Səttar Mehbalıyev indiki vəzifəsinə həmkarlar ittifaqları üçün çox ağır olan bir dövrdə gəldi. Hamımız fikirləşirdik ki, bacarmayacaq. Həmin vaxt Həmkarlar İttifaqı dağılmaq ərəfəsində idi. Azərbaycan Həmkarlar İttifaqları Şurasının binası qanunsuz olaraq Xarici İşlər Nazirliyinə verilmişdi. Lakin Səttar Mehbaliyevin prinsipial mövqeyi nəticəsində o binanı Həmkarlar İttifaqlarından almaq mümkün olmadı.

Sonrakı dövrlərdə də Həmkarlar İttifaqlarına məxsus mülkiyyətin, xüsusən də tibbi və reablitasiya məqsədli obyektlərin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Azərbaycan Həmkarlar İttifaqları Şurasının varisidir) almaq cəhdləri olub.

Bu gün sıralarında 1,6 milyon üzvü birləşdirən bir qurum olaraq fəaliyyətini davam etdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında yeni çağırışlar var. Dünyanı bürüyən iqtisadı böhran ölkəmizdən yan keçsə də, neftin qiymətinin aşağı düşməsi, işəgötürənlərin artan müqaviməti həmkarlar ittifaqlarının üzərinə yeni vəzifələr qoyur.

Səttar Mehbalıyevin 60 yaşı tamam oldu. Onu yubiley münasibəti ilə təbrik etməklə yanaşı çətin və şərəfli fəaliyyətində uğurlar arzu edirəm.

Tarix
2015.10.28 / 17:34
Müəllif
Sahib Məmmədov
Digər xəbərlər

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

“Azercell” Tələbə Təqaüdü Proqramının qaliblərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla