Yuxarı

Ən yüksək və ən aşağı səs qazanan deputatlar – Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərdə 5547 seçki məntəqəsindən daxil olmuş yekun protokol məlumatlarına əsasən seçkilərin nəticələrini açıqlayıb.

Axar.az xəbər verir ki, son nəticələrə görə, 14 saylı Xəzər Seçki Dairəsindən namizədliyi irəli sürülən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ən yüksək nəticə ilə, 96,7 faiz səslə millət vəkili seçilib.

İkinci yerdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov gəlir. 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən namizədliyi verilən V.Talıbov səslərin 89,4 faizini qazanıb.

123 saylı Kəlbəcər Seçki Dairəsindən Cavid Qurbanov 84,9 faiz, 45 saylı Abşeron Seçki Dairəsindən Oqtay Əsədov 84,2 faiz, 4 saylı Naxçıvan şəhər Seçki Dairəsindən Eldar İbrahimov 83,6 faiz, 17 saylı Yasamal üçüncü Seçki Dairəsindən Elşad Həsənov 82,1 faiz və 116 saylı Qəbələ Seçki Dairəsindən millət vəkili seçilən Fəttah Heydərov səslərin 80,6 faizini qazanmaqla ən yüksək nəticə əldə edən deputatlar siyahısına düşüblər.

Yüksək nəticə ilə qələbə qazanan deputatlarımızla bərabər, aşağı nəticə ilə mandat əldə edən parlamentarilər də az deyil. 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən millət vəkili seçilən Fərəc Quliyev səslərin 38,6 faizini toplayıb. 40 saylı Kəpəz ikinci (Gəncə) Seçki Dairəsindən deputat seçilən Musa Quliyev 47,3 faiz, 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən Jalə Əliyeva 51,2 faiz, 19 saylı Nərimanov birinci Seçki Dairəsindən Hikmət Məmmədov 51,9 faiz səslə ən aşağı nəticə ilə qalib gələn namizədlərdir.

Tarix
2015.11.02 / 17:50
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla