Yuxarı

Kamal Abdulla yəhudi icması ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev Azərbaycanda səfərdə olan ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşən Sinay Məbədinin yəhudi icmasının 50 nəfərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Mərkəzdən məlumat verilib.

Akademik bildirib ki, Azərbaycanda ölkə rəhbərliyi, Prezident İlham Əliyev öz siyasi diqqətini bütün konfessiyalara eyni dərəcədə yönəldir. K.Abdullayev nümayəndə heyətinin Azərbaycandakı dağ yəhudiləri sinaqoquna müqəddəs Tövratı hədiyyə etməsini yüksək qiymətləndirib və eyni zamanda ölkəmizin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə əlaqələrin inkişafındakı xidmətinə görə minnətdarlığını bildirib.

Qonaqların çıxışlarında vurğulanıb ki, dəmirin möhkəm olması, paslanmaması üçün ona bir çox əlavə elementlər əlavə edilib zənginləşdirildiyi kimi, Azərbaycanın da bir dövlət, xalq olaraq möhkəmliyi, sabitliyi və "paslanmazlığı"nın səbəbi bu ölkənin ərazisində çoxlu konfessiyaların, etnik və dini qrupların minillərdir dinc, yanaşı, qardaşcasına yaşamasıdır.

Tarix
2015.11.02 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla