Yuxarı

Niyaməddin Orduxanlı rəqibini təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən deputat seçilmiş Hacı Salayevi təbrik edirəm və ona uğurlar arzulayıram.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən deputatlığa namizəd olmuş Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, lideri - BAXCP sədri Qüdrət Həsənquliyevin 7 saylı Culfa-Ordubad Seçki Dairəsindən böyük səs çoxluğu ilə, 20 000-dən artıq səs qazanmaqla qalib gəlməsindən sevinclidir:

"Qüdrət bəy yenidən on minlərlə üzvü olan BAXCP kimi milli partiyanı parlament partiyası edə bildi. Əlbəttə, bu seçkilərdən gözləntilərimiz çox böyük idi, amma ölkədə proporsional seçki sisteminin mövcud olmaması, partiyamızın maddi imkanlarının məhdudluğu və seçicilərin partiyaların seçki fonduna maliyyə vəsaiti köçürməkdə maraqlı olmaması, Seçki Məcəlləsində 60-dan az namizədi qeydə alınmış partiyalara pulsuz efir vaxtı nəzərdə tutulmaması müxalif namizədləri iqtidar və imkanlı bitərəf iş adamları qarşısında qeyri-bərabər vəziyyətdə qoymuşdu. Bütün bunlara baxmayaraq, biz ruhdan düşmürük və əminlik ki, Milli Azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy demişkən, zaman seçki sistemində də islahatları qacılmaz edəcək. Bu zaman öz mütərəqqi ideyaları ilə həmişə fərqlənmiş BAXCP cəmiyyətdə olduğu kimi, parlamentdə də aparıcı siyasi qüvvəyə çevriləcək".

Tarix
2015.11.02 / 23:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla