Yuxarı

Leyla Əliyeva Pospelovla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva ilə Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin sədri Sergey Pospelov arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi sədrinin müşavirləri Denis Zavarzin və İlya Yarmanov, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.

Görüşdə könüllülük hərəkatının inkişafı üzrə birgə layihələrin, ekologiya, istedadlı gənclərə dəstək layihəsi, Azərbaycanda rus dilinə, Rusiyada isə Azərbaycan dilinə dəstək layihələrinin mümkünlüyü müzakirə olunub.

L. Əliyeva Azərbaycanda bütün rusdilli məktəblərin qorunub saxlanıldığını, Rusiya mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlərin keçirildiyini bildirib: "Bakıda Mixail Lermontovun 200 illiyinə həsr olunan gecə keçirilib. Sergey Yeseninin xatirə gəcəsinin keçirilməsi planlaşdırılır".

L. Əliyeva AMOR təşkilatının Rusiya ali məktəblərində təhsil alan tələbələrə ayrıca təqaüd ayırdığını da söyləyib.

Sergey Pospelov isə öz növbəsində Azərbaycan və Rusiya gənclərinin bir çox beynəlxalq arenalarda vahid mövqedən çıxış etdiklərini və bunun sevindirici hal olduğunu vurğulayıb. O, Soçidə keçirilən "Formula 1" yarışlarının təşkilat komitəsinin könüllü korpusunun yardımını təklif edib: "Könüllü korpusun təcrübəsi 2016-cı ildə Bakıda keçiriləcək yarış üçün xeyirli ola bilər".

Görüşdə Rusiyanın Gənclərlə iş üzrə Federal Agentliyi ilə Azərbaycan Gənclər və İdman Nazirliyi və Prezident yanında Gənclər Fondu arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.

Tarix
2015.11.06 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla