Yuxarı

Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz döyüş hazırlığı vəziyyətinə gətirilib – Rəsmi

"Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil".

Bu barədə "Axar.az"a Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğu bildirib:

"Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil. Ermənistan tərəfi dünən Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub və cavab atəşi ilə də susdurulub. Artıq Ermənistan tərəfi də mətbuatın kəndlərin boşaldılması ilə bağlı yaydığı məlumatı təkzib edib".

Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib:

"Cəbhənin təmas xəttində Azərbaycan Ordusu onsuz da döyüş hazırlığı səviyyəsindədir. Amma son günlər atəşkəs rejiminin tez-tez pozulması bu hazırlığın daha da artırılmasına səbəb olub".

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan tərəfinin atəşkəsi pozması səbəbilə Berd rayonunun üç kəndinin boşaldılması haqqında məlumat yaymışdı. Bu gün səhər isə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan tərəfi təkcə dünən və bu gecə ərzində 138 dəfə atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsaslansaq, son üç gün ərzində Ermənistan tərəfinin atəşkəs rejimini 286 dəfə pozublar.

Tarix
2014.01.23 / 16:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

5 ölkə ordu göndərir - Azərbaycan imtina etdi

İsveçrə səfirinə açıq məktub: Emin Hüseynov adlı birini...

Leyla Əliyevadan Albaniya səfəri ilə bağlı paylaşım - Video

Prezidentdən Sülh Şurasının iclası ilə bağlı paylaşım - Foto

İlham Əliyev Sülh Şurasının ilk iclasında iştirak etdi - Foto

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

ABŞ Sülh Şurasına 10 milyard dollar ayıracaq

Sülh Şurasının qətnaməsi qəbul edildi

Tramp Sülh Şurasında iştirak edən liderlərlə görüşdü - Video

Cənubi Qafqazda “sıxışdırılan” Rusiya niyə gileylənir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla