Yuxarı

Moskva İrəvan kartını açır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lavrovun Ermənistana səfəri hazırda Qafqazda yaşanan diplomatik hərəkətlilik kontekstində qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Lavrovun gözlənilən Ermənistan səfərini şərh edərkən analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Rusiya maksimum dərəcədə Cənubi Qafqazda olan siyasi müdaxiləsini artırmağa səy göstərir:

"Ermənistan hazırda Moskva üçün ən önəmli kartdır. Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana etdiyi uğurlu və nəticəli səfər fonunda Lavrovun İrəvana səfəri təəccüb doğurmamalıdır. Ölkə başçsının Tiflisdən verdiyi mesajlardan da bəlli olur ki, Gürcüstanla Azərbaycan gələcəkdə eyni mövqedən çıxış edəcəklər və regiondakı konfliktlərin həllinə vahid yanaşma sərgiləməklə bir-birinin suverenliyini dəstəkləməkdə davam edəcəklər. Eyni zamanda, hərbi-müdafiə, energetika-tranzit qaz, kommunikasiya sahələrində əməkdaşlıq daha da genişlənəcək. Bu, faktiki olaraq Tiflisin Rusiya və İranla qaz səvdöləşməsi ilə bağlı yaranan narahatlıqları minimuma endirir.Azərbaycanın qazının 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya çatdırılmasında tranzit ölkə olaraq Gürcüstan da maraqlıdır. Bu səbəbdən bələ bir siyasi və iqtisadi nöqteyi-nəzərdən əhəmiyyətli olan bir səfərin ardınca Rusiya xarici işlər nazirinin Cənubi Qafqazdakı "vilayət"inə səfəri təbiidir".

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 9-da Ermənistana səfər edəcək.

Tarix
2015.11.08 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla