Yuxarı

Qırmızı Xaçdan Qazaxda olan erməni ilə bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistan vətəndaşının noyabrın 8-də Azərbaycanın dövlət sərhədlərini pozması faktı ilə bağlı tərəflərin rəsmi bildirişini alıb.

Axar.az "Nyuz Ey Em"ə istinadən xəbər verir ki, bu haqda ilkin məlumatı Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyinin kommunikasiya üzrə proqram rəhbəri Zara Amatuni yayıb.

Amatuninin sözlərinə görə, Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin əməkdaşları Ermənistan vətəndaşının təcili surətdə ziyarət edilməsi üçün Azərbaycan hakimiyyəti ilə dialoq aparacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kənd sakini, ilkin ehtimala görə 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyanın noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozması və müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılması barədə məlumat yayıb.

Verilən məlumata görə, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır. Həmçinin qeyd olunub ki, qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

Tarix
2015.11.09 / 23:00
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla