Yuxarı

Bakıda enerji təhlükəsizliyi ilə bağlı bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda enerji təhlükəsizliyi ilə bağlı bəyanat

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat üçün birgə bəyanatı olub.

Axar.az bəyanatı təqdim edir:

“Fevralın 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir.

İclasın həmsədrləri Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycandan Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir. Həmsədrlər Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirərək, bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağını bildiriblər. Həmçinin, tədarük zəncirlərində metan emissiyalarının azaldılması üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır. Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək.

Ötən ilin iyulun 18-də Bakı şəhərində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq. Ötən ilin dekabrın 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in də böyük əhəmiyyətini qeyd edirik.

Həmsədrlər enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzmində olduqlarını vurğulayıblar”.

Tarix
2023.02.03 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla