Yuxarı

İranda xalq hərəkatı başlaya bilər – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda xalq hərəkatı başlaya bilər – Şərh

İranda baş qaldıran etirazlar xalq hərəkatına çevrilə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Azərbaycan türklərinin hüquqlarının pozulması bir yana, insanların heysiyyatı ilə oynamaq İrandakı mövcud sistemə baha başa gələ bilər:

"2006-cı ilin mayında da oxşar hadisə baş vermişdi. O zaman da Azərbaycan türkləri karikaturalarda çox pis şəkildə təhqir olunmuşdu. Bu ayrı-seçkilik nəinki ölkədə, İran KİV-də intensiv hal alıb. Etirazların miqyası genişlənir, aksiyalar insanların hüquqları bərpa edilənə qədər davam edəcək. Bu etirazların hətta xalq hərəkatına çevriləcəyini istisna etmək olmaz. Baş verən hadisələrdə mühafizəkar və islahatçılar yaranan qarışıqlıqdan bir-birlərinə qarşı bir kartplanş kimi istifadə etməyə çalışacaqlar".

Qeyd edək ki, İranda azərbaycanlıların "Kanal-2" telekanalında təhqir olunmasına qarşılıq olaraq, kütləvi etiraz aksiyaları keçirilir. Artıq etirazlar Təbriz də daxil olmaqla İranın şimalındakı bir neçə böyük şəhərə yayılıb.

Tarix
2015.11.12 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla