Yuxarı

Kreml dəyişir: Bu, Əliyevin qələbəsidir - Artamonov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Cənubi Qafqazdakı xarici siyasəti hazırda mühüm dəyişikliklərə məruz qalır. Rusiyanın regionda prioriteti Azərbaycan və Ermənistan arasında sabit sülhə nail olmaqdır, lakin bu vəzifə yeni strategiya tələb edir. İrəvanın Qərbə doğru daha da meyillənməsi və Moskvanın Bakı ilə Müttəfiqlik Bəyannaməsi imzalaması baxımından iki respublika arasında əvvəlki balanslaşdırma aktı artıq özünü doğrultmur.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi müşahidəçi, Rusiya-Azərbaycan ekspert şurasının üzvü Aleksandr Artamonov deyib.

“Rusiya XİN rəhbəri Lavrovun Azərbaycana səfəri Moskvanın Cənubi Qafqazdakı yeni siyasətinin təcəssümüdür. Biz bilirik ki, paradiqma dəyişikliyi gedir, Kremlin bütün Qafqaz düyününə münasibəti dəyişir. Üçtərəfli Bəyanata uyğun olaraq, Qarabağ iqtisadi rayonunda Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatacağı 2025-ci il ərəfəsində Moskva Ermənistanın necə davrandığını diqqətlə izləyir. Və belə bir anlayış var ki, regional siyasətdə Azərbaycana güvənmək daha yaxşıdır. Yəni biz tarixi dəyişikliklərin şahidi oluruq və açıq şəkildə deməyə dəyər ki, bu, İlham Əliyevin böyük qələbəsidir”, - o bildirib.

Artamonov qeyd edib ki, Rusiya sülh mövzusunda Azərbaycana arxalanır:

“Ümumiyyətlə, Rusiya indi Ermənistan, Fransa və Amerika təcavüzü qarşısında Cənubi Qafqazda sülh və əmin-amanlığın qorunmasında Azərbaycana arxalanır. Moskva Azərbaycanla yeni münasibətləri inkişaf etdirmək üçün bütün kontekstdən istifadə edir. Kreml başa düşür ki, bu edilməsə, vəziyyət nəzarətdən çıxa bilər və o zaman Rusiya Cənubi Qafqazda təsirini itirəcək. Lavrovun səfərinin nəticələri müsbət olub. Onun bəyanatları ümumi xarakter daşıyırdı, indi onları dəqiqləşdirmək və konkretləşdirmək lazımdır. Bayramovla aparılan danışıqlar öz nəticəsini verdi və indi bundan sonra nə edəcəyi ilə bağlı konkret protokol hazırlamaq lazımdır”.

Qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov 27-28 fevralda Bakıda səfərdə olub.

Tarix
2023.03.03 / 09:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənistan nümayəndə heyəti Bakıya gələcək - Ekspert

Silahlar Ermənistana açıq daşınır: məxfilik yoxdur - Manukyan

Prezident Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Ruanda prezidenti ilə görüşdü - Foto

Sülh sazişi çərçivəsində işlər çox irəliləyib... - XİN

Onların Bakıya qarşı sanksiya çağırışı... - Putinin köməkçisi

Azərbaycanda ilk: Bakıda özəl aeroport tikilir

Bakı Avrasiyada enerji və daşımalar xəritəsini dəyişdi

İlham Əliyev Konqo prezidenti ilə görüşdü

Mişustin Bakıda Quterreşlə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla