Yuxarı

ETTELAAT azərbaycanlı məhbuslara təzyiq edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ETTELAAT azərbaycanlı məhbuslara təzyiq edir

Ərdəbildə tutulan bəzi azərbaycanlı fəallar öz yaxınları ilə görüşə biliblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi yayıb. Təşkilat məhbusların öz yaxınları ilə görüşməsinə uzun çəkişmələrdən sonra Ərdəbil prokurorunun icazə verdiyini bildirib. Ailələrin məlumatına görə, hazırda məhbusların hər biri ayrı-ayrı kameralarda saxlanılır.

"Gunaz TV" isə azərbaycanlı məhbusların hər gün ETTELAAT əməkdaşları tərəfindən müxtəlif təzyiqlər altında dindirildiyi haqqında məlumat yayıb. Televiziya Rəhim Qulami, Əli Xeyrcu, Meysəm Colani, Tohid Əmir Əmini, Murtuza Pərvin, Mustafa Pərvin, Fərşid Piçqanlu, Səid Sadiqifər və Əli Vasiqinin çox ağır bir şəraitdə saxlanıldığı, müxtəlif psixi təzyiqlərə məruz qoyulduğunu bildirib.

Qeyd edək ki, noyabrın 9-dan etibarən Güney Azərbaycan şəhərlərində fars şovinizminə qarşı etiraz aksiyaları keçirilir. İndiyə qədər aksiyalarda həbs olunan şəxslərdən yalnız 129-nun adını müəyyən etmək mümkün olub.

Tarix
2015.11.18 / 15:08
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla