Yuxarı

Öncə İŞİD, yoxsa Əsəd aradan götürüləcək? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öncə İŞİD, yoxsa Əsəd aradan götürüləcək? – Şərh

Paris terrorundan sonra hazırda Suriya məsələsində yeni bir dönəm başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, İŞİD probleminin həllinin ön planda olması Əsədin xeyrinədir:

"Bu, Avropa Birliyində müəyyən mənada birmənalı qarşılanmadığı kimi, Türkiyənin koalisiyada iştirakı ilə bağlı məsələdə də maraqlı yanaşmalar ortaya çıxara bilər. Fransanın İŞİD-ə qarşı müharibə elanına Almaniya mənfi reaksiya verdi, hazırda iki ölkə arasında bu məsələdə ciddi fikir ayrılığı var. Türkiyənin mövqeyi ta əvvəldən bundan ibarətdir ki, İŞİD və müxtəlif terror qruplaşmaları konkret simptomlardır, əsas problem isə Əsəddir. Rəsmi Ankara hesab edir ki, bu gün Əsəd Suriyada olmasa, İŞİD asanlıqla aradan qaldırılacaq. Fransa üçün birinci olaraq İŞİD problemi, sonra Əsəd məsələsi gəlir. ABŞ, Rusiya və Fransa ittifaqının yaranması gündəmdədir. Hazırda çox maraqlı bir proses baş verir. Dünya güclərinin Suriyada gələcək proseslərə münasibət sərgiləməsi fonunda, eyni zamanda, İŞİD-ə münasibətdə ciddi fikir ayrılıqları yaranıb: Öncə İŞİD, yoxsa Əsəd aradan götürüləcək? Bu mənada yaxın gələcəkdə Suriya ilə bağlı maraqlı proseslərin şahidi olacağıq. Burada yalnız Rusiya, ABŞ, Fransa, hətta Türkiyənin mövqeyi önəmli deyil, eyni zamanda, ərəb ölkələrinin mövqeyi məsələsi də var. İran isə həm siyasi, həm hərbi nöqteyi-nəzərdən İŞİD problemini qabardaraq Əsədi müdafiə edir. Mövqelər burada da toqquşur. Qərb indiyə qədər İŞİD-i qabardır, Əsədi bir qədər arxa plana keçirirdi. Terrordan sonra Ollandın timsalında birbaşa İŞİD məsələsini önə çəkərək hər iki məsələdə öz mövqeyini açıq şəkildə bildirsə də, Qərb heç də sözügedən məsələdə birmənalı yanaşma ortaya qoymayacaq".

Tarix
2015.11.19 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla