Yuxarı

İran Bakıdakı səfirini niyə dəyişir? - Voskanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ermənistan və Azərbaycandakı səfirlərinin dəyişdirilməsi qərarı diplomatik missiya müddətinin başa çatması ilə bağlı rotasiya deyil, konkret siyasi məqsədlər güdür.

Axar.az xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan erməni mediasına açıqlamasında İranın Ermənistandan sonra Azərbaycanda da səfirini dəyişəcəyi barədə məlumatı şərh edərkən deyib.

O bildirib ki, Tehran Ermənistana münaqişə zonalarında təcrübəsi olan diplomatı səfir təyin edib:

“Mehdi Sübhani hazırda İranın Suriyadakı səfirliyinə rəhbərlik edir. Həmçinin, Pakistanda da işləyib. Buna görə onun Ermənistana səfir təyin edilməsi qərarı konkret mesaj idi. Tehran Cənubi Qafqaz regionunda öz siyasi kursunu daha ağlabatan və aydın şəkildə təbliğ etmək niyyətində olduğunu açıq şəkildə bildirir”.

Vardan Voskanyanın sözlərinə görə, İranın Azərbaycandakı gələcək səfiri Müctəba Dəmirçi də təcrübəli diplomatdır:

“O, Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində fəaliyyət göstərib”.

O, həmçinin, Tehranın Bakıdakı hazırkı səfiri Abbas Musəvidən o qədər də razı olmadığını əlavə edib.

Tarix
2023.04.02 / 10:18
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla