
Rusiya həddini aşır - Bolton
08:30
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.
Axar.az xəbər verir ki, Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.
"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.
"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.
Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real Madrid" (490 xal) başçılıq edir.
Tarix
2025.05.11 / 15:24
|
Müəllif
Axar.az
|