Yuxarı

Bir anda yanğın baş verdi, əmlakı məhv oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir anda yanğın baş verdi, əmlakı məhv oldu

Göyçay rayonunun Çərəkə kəndində güclü yanğın hadisəsi baş verib. Hadisə nəticəsində kənd sakini, 56 yaşlı Sahib Mikayıl oğlu Şirinova məxsus əmlaka ciddi ziyan dəyib.

Axar.az xəbər verir ki, yanğın ilkin olaraq həyətdə yerləşən 200 kvadratmetrlik tövlədə başlayıb. Alov qısa zamanda genişlənərək ümumi sahəsi 300 kvadratmetr olan talvara keçib. Nəticədə talvarın yanar konstruksiyaları, orada dayanan “Ford Transit” markalı yük avtomobili, tövlənin içərisində olan ot bağlamaları, elektrik generatoru və toy sifarişləri üçün nəzərdə tutulmuş qab-qacaq tamamilə yanaraq külə dönüb. Tövlənin 100 kvadratmetrlik hissəsi isə alovdan mühafizə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.05.12 / 01:15
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla