Yuxarı

Ərdoğan: “Rus təyyarəsi olduğunu bilmirdik”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vurulan qırıcının Rusiyaya məxsus olması rəsmi Moskvanın açıqlamasından sonra ortaya çıxdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) iclasında deyib.

Ərdoğan yaranmış gərgin situasiyanı davam etdirməyəcəklərini bildirib:

"Hava məkanımıza girən iki döyüş təyyarəsi dünən 10 dəfə xəbərdarlığa baxmayaraq, sərhədlərimizi pozmağa davam etdi. Məhz bundan sonra F-16-larımız sərhədi pozan qırıcılara atəş açdı. Vurulan qırıcının Rusiyaya məxsus olması rəsmi Moskvanın açıqlamasından sonra ortaya çıxdı. Bu qırıcıların həmin ərazidə İŞİD-ə qarşı savaşdığı deyilir, lakin həmin bölgədə İŞİD terrorçuları yoxdur. Uzun müddətdir belə hadisənin baş verməməsi üçün hər cür xəbərdarlıq etmişdik. Dünənə qədər belə bir hadisənin olmaması Türkiyənin xoş niyyətindən irəli gəlirdi. Xoşniyyətli mövqeyimizi yenə davam etdirəcəyik. Bu hadisəni gərginləşdirmək barədə heç bir niyyətimiz yoxdur".

Qeyd edək ki, iclasda Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Konstantin Şuvalov da iştirak edib.

Tarix
2015.11.25 / 14:22
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

Əliyev BMT baş katibinin köməkçisini qəbul etdi

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Seyidovdan Şvabeyə növbəti cavab: AŞPA-nı məhv edəcəksən!

Prezident İraq parlamentinin sədrini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla