Yuxarı

Tehranın Bakıya hədəsinə Qərb niyə reaksiya vermir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehranın Bakıya hədəsinə Qərb niyə reaksiya vermir?

İranı İran edən Fransa kimi Avropa ölkələridir. Avropa ölkələri hər zaman İranın bütövlüyünün tərəfdarı olub. Neftə görə belə edirlər. Avropa fars irqçi rejimin dünyaya və qonşu ölkələrə qarşı təhdidlərinə göz yumur. Azərbaycana qarşı da eyni soyuqqanlılıq nümayiş etdirirlər.

Bu sözləri Axar.az-a Güney Azərbaycan Demokratik Türk Birliyinin üzvü Elvin Oyta deyib.

O, İranın Azərbaycana qarşı təhdidlərinə Qərbin sərt reaksiya verməməsindən narazıdır:

“Rejim Güney Azərbaycanla tarixi düşmənçiliyinə son verməmiş, indi də Şimali Azərbaycanla münaqişəyə girişib. Bunu üstüörtülü deyil, çox aşkar bir şəkildə, terror əməlləri ilə büruzə verir. Azərbaycanda millət vəkilinə sui-qəsd, səfirliyə hücum, sayı-hesabı bilinməyən casus şəbəkəsi - hamısı İranın şimal qonşusuna qarşı həyata keçirdiyi məkrli işləridir. Əslində, Avropa ölkələri İrana qarşı daha sərt mövqe göstərməlidirlər. Lakin iqtisadi əməkdaşlığa görə göz yumulur. Azərbaycanın yeganə və etibarlı dəstəkçisi Türkiyədir”.

O, hədə-qorxularla münaqişəyə işarə vuran Tehran rejiminin gözə almalı olduğu nüanslara toxunub:

“İran adlanan ölkə dağılmağa doğru gedir. Fars rejimini daxildən dəstəkləyən olmayacaq. Bütün bunları bilən İran Azərbaycanla münaqişəyə cəhd edir. Təhdid və hədə yolunu seçir, qonşuluq münasibətinə hörmət etmir. İran münaqişəni hərbi müstəviyə daşımaq istəsə, ilk olaraq qeyri-farslar ayağa qalxacaq. Rejim bunların qarşısında dura bilməyəcək. Tehran rejimi Güney Azərbaycandan çox çəkinir. Elə Tehranın özündə 7 milyona yaxın Azərbaycan türkü yaşayır. Savaşa girərsə, böyük risk etmiş olar”.

İranın törətdiyi qeyri-insani əməllərdən danışan Elvin Oyta molla rejimini Şimali Koreya ilə müqayisə edib:

“Hazırda molla rejimi İranı terrorçu ölkə kimi tanıdıb. Hətta Şimali Koreya bunun qədər deyil. Koreyanın sifəti bəllidir, terrorçulara birbaşa yardım etməyib. İran isə terrorçu qruplar yaradıb, onları hərtərəfli dəstəkləyib. Qeyri-farslarla ziddiyyət içindədirlər. Xüsusilə, biz türklərə düşmən kəsiliblər”.

Tarix
2023.04.10 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

Diplomatlar Laçında sədərdədir

Diplomatlar Şuşada bu məkanlarda oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla