Yuxarı

Proses məcrasından çıxır: Moskva emosional davranır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Rusiya-Türkiyə arasında gərginliyin artması problemləri daha da dərinləşdirir, yəni vəziyyət get-gedə həssaslaşır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Rusiya tərəfinin çox emosional davrandığını bildirib:

"Moskvanın hazırkı addımları kifayət qədər hesablanmayıb. Hələlik ortada olan demarşları görürük. Ancaq vəziyyət o yerdədir ki, daha ağır nəticələr də ola bilər. Çünki ikitərəfli iqtisadi layihələr kifayət qədər böyükdür. Sanksiyalar baxımından Rusiyanın iqtisadi blokada altında olması fonunda Türkiyə ilə münasibətlərin bu səviyyəyə çatdırılması Moskvaya yaxşı heç nə vəd etmir. Türkiyə ilə iqtisadi əlaqələrdən imtina Rusiyanı çox böyük zərbə altında qoyacaq. Verilən qərarlar emosional şəkildə qəbul olunur, bu isəTürkiyə ilə qaz layihələrini zərbə altında qoyur. Digər tərəfdən Ukrayna ilə münasibətlər də olduqca gərgindir. Rusiyada yalnız "Şimal axını"dır ki, bu və ya digər şəkildə problemsiz fəaliyyət göstərir. Düzdür, bu proses Türkiyəyə də təsirsiz ötüşməyəcək. İş orasındadır ki, Türkiyə iqtisadiyyatı çevikdir və sanksiyaların təsiri altında qalmayacaq. Eyni zamanda, Ankaranın özünə başqa tərəfdaşlar tapması çətin deyil. Rusiyanın bazarları isə kifayət qədər daralıb. Bir sözlə, bu prosesdən ən çox zərərli çıxan tərəf Rusiya olacaq".

Qeyd edək ki, Türkiyə hava məkanını pozan Rusiyaya məxsus Su-24 bombardmançısının Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 tərəfindən vurulması beynəlxalq skandala səbəb olub.

Tarix
2015.11.28 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla