Yuxarı

Bakıdan əlavə qaz əldə etməkdə maraqlıyıq - Siyarto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan əlavə qaz əldə etməkdə maraqlıyıq - Siyarto

Biz Serbiya və Bolqarıstan arasında interkonnektor tamamlandıqdan sonra bu boru kəməri vasitəsilə Azərbaycandan əlavə həcmdə qaz əldə etməkdə maraqlıyıq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviçlə görüşündən sonra deyib.

Peter Siyarto əlavə edib ki, Avropa Birliyi Cənub-Şərqi Avropada infrastrukturun tikintisi üçün maliyyə resursları təmin etməlidir. Avropanın qalan hissəsi alternativ enerji mənbələrinə çıxış əldə edəcək.

Çedoviç və Siyarto bu gün iki müqavilə imzalayıblar.

“Birinci razılaşma Macarıstan-Serbiya qaz kəmərinin tikintisinə aiddir və bu, xam neft tədarükünün daha çox təhlükəsizliyinə imkan verəcək”, - Dubravka Cedoviç deyib.

İkinci layihə “Sebiyagaz” və Macarıstanın “MVM” şirkətinə məxsus birgə müəssisənin yaradılması ilə bağlıdır.

Dubravka Cedoviç qeyd edib ki, Serbiya-Bolqarıstan qaz birləşdiricisinin tikintisi alternativ enerji mənbələrinə çıxış imkanıdır.

"Balkan axını" qaz kəmərinin tikintisi ilə Serbiya özünü mühüm tranzit ölkə kimi yerləşdirir və Serbiya-Bolqarıstan qaz birləşdiricisinin tikintisi ilə biz əlavə gücə, eləcə də alternativ enerji mənbələrinə çıxışa sahib olacağıq.

Cedoviç qeyd edib ki, Macarıstan Serbiya-Bolqarıstan interkonnektorundan hələ də istifadə edəcək.

Tarix
2023.04.21 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

Deqati Makrona məktub yazdı: Vətənimdə qətliamdır!

Bakının İrəvana təhvil verdiyi ermənidən açıqlama

Ermənilərin təhvil verilməsinə AB-dən - Reaksiya

Trampın İrana müdaxiləsi və Türkiyənin mövqeyi - General

Dənizdən içməli su layihəsi Xəzəri quruda bilər?

Bakı 4 erməni məhbusu niyə indi İrəvana verdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla