Yuxarı

“AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.

“AzerGold” QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına həsr olunub.

Peşəkar həkim briqadası tərəfindən ümumilikdə 436 rayon sakininə tibbi xidmət göstərilib. Sakinlər oftalmoloq, terapevt, otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.

Aksiya çərçivəsində ilk dəfə olaraq rayon sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.

Ümumilikdə aksiya müddətində rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.

Qeyd edək ki, “AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.

Tarix
2026.07.14 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət başçıları Türkmənistanda konsert proqramında - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla