Yuxarı

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 20 milyard dollara çatdırılmasını təklif edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının Türkmənistanda keçirilən görüşündə bildirib.

Tokayev bugünkü görüşün Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin müstəqilliyinin 35-ci ildönümünə təsadüf etdiyini xüsusi simvolik əhəmiyyətə malik olduğunu deyib:

“İllər ərzində biz uzun və konstruktiv, eyni zamanda məhsuldar yolu qət etmişik. Suverenliyimizi möhkəmləndirdik və özünəməxsus inkişaf modelini formalaşdırdıq. Beynəlxalq birlikdə layiqli yer tutduq. Bu gün Mərkəzi Asiya və Azərbaycan Avrasiyada artan geosiyasi inteqrasiyanın mərkəzi hesab olunur. Ən əsası, qardaş xalqlarımızın müdrikliyi və həmrəyliyi sayəsində sülhün və harmoniyanın bərqərar olduğu cəmiyyətlərdə yaşayırıq. Birlik, qarşılıqlı dəstək və etimad dövrümüzün çətinliklərinin öhdəsindən gəlmək üçün ortaq strateji dayağımıza çevrilib. Bu proseslər geosiyasi gərginliyin və bölünmələrin artdığı və beynəlxalq münasibətlərin strukturunun dəyişdiyi bir dövrdə çox aktualdır”.

Qazaxıstan lideri Məşvərət Görüşünün iştirakçılarına regionda inteqrasiyanın əsas məsələləri ilə bağlı Astananın mövqeyini çatdırıb:

“Birgə səylər sayəsində ticari-iqtisadi əməkdaşlığımızın məzmunu ilbəil genişlənir. Birgə müəssisələrin sayı artıb, işgüzar əlaqələr möhkəmlənib. Sənaye, maşınqayırma, energetika və kənd təsərrüfatı kimi sahələrdə irimiqyaslı layihələr həyata keçirilir. Ticarət maneələri tədricən aradan qaldırılır və yeni sərhəd-keçid məntəqələri açılır. Avtomobil və dəmir yolu əlaqələri genişlənir. Amma fikrimizcə, daxili bazarın potensialı hələ də böyükdür. Keçən il regiondaxili ticarətin həcmi təxminən 13 milyard dollar təşkil edib. Bu, ölkələrimizin ümumi ticarət dövriyyəsinin təxminən 8 faizini təşkil edir. Buna görə də, hökumətlərimizə qarşılıqlı ticarətin payını artırmaq və bu rəqəmi ən azı 20 milyard dollara çatdırmaq üçün birgə fəaliyyət planı hazırlamaq və qəbul etmək tapşırığı vermək məqsədəuyğundur”.

Tarix
2026.10.08 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla