BTQ-dən Fransadakı etirazlarla bağlı - Bəyanat
19:27
| Ana səhifə İdman |
|
Azərbaycan cüdoçusu Murad Fətiyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Axar.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə serbiyalı Nemanja Majdova qalib gəlib.
Bu, Azərbaycan millisinin mundialda 5-ci medalı olub. Daha əvvəl Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) isə bürünc mükafat əldə ediblər. Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq.
|
Tarix
2026.10.08 / 19:18
|
Müəllif
Axar.az
|