Yuxarı

Abşeronda 23 motoxuliqan saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda 23 motoxuliqan saxlanıldı - Video

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hüquqpozmaların qarşısının alınması və ictimai asayişin təmin edilməsi məqsədilə növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb. Müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən və digər səbəblərdən axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü “isti izlər”lə açılıb.

Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar isə 60 fakt müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb. Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü də inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin Masazır qəsəbəsində avtoxuliqanlıq hərəkətləri törədən “Lada” markalı avtomobilin sürücüsü K.Qarayev, eləcə də narkotik vasitənin təsiri altında avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törədən və hadisə yerindən qaçmağa cəhd göstərən “Chevrolet” markalı avtomobilin sürücüsü S.Əhmədov saxlanılıblar.

Məhkəmənin qərarı ilə K.Qarayevin sürücülük hüququ 1 il, S.Əhmədovun isə 2 il müddətinə məhdudlaşdırılıb. Sonuncu barəsində əlavə olaraq inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Bundan başqa, nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz dəyişiklik edən 14, çoxavazlı səs siqnalından istifadə edən 1 sürücü barəsində də inzibati tədbirlər görülüb.

Tarix
2026.10.08 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla